İlon Mask insanları dinozavrlardan “oğurluq etməkdə” günahlandırdı: “Məməliləri nəzərdə tuturam…” - FOTO

Məşhur iş adamı İlon Mask gündəm yaratmağa davam edir.

Özünün “X” hesabında etdiyi paylaşımda Mask insanları “oğurluqda” günahlandırıb.

“Biz oğurlanmış torpaqlarda yaşayırıq”, - deyə o bildirib.

Daha sonra bu fikrini əsaslandırmağa çalışıb.

“Biz” dedikdə mən məməliləri nəzərdə tuturam. Biz bu torpaqları dinozavrlardan oğurladıq”, - deyə İlon Mask fikrini dəqiqləşdirib.

Bəzi izləyiciləri onun boş-boş danışdığını deyib, bəziləri isə iş adamının narkotik istifadə etdiyinə eyham vurublar.

 

0.085484981536865