Türkiyədə iki avtobus toqquşub: Hərbçilər yaralanıblar

Türkiyənin Tekirdağ əyalətində işçiləri daşıyan servis maşını ilə hərbçiləri daşıyan avtobus toqquşub.

Məlumata görə, Ergene rayonunda baş verən qəza nəticəsində 16 nəfər yaralanıb. Onlardan beşinin hərbçi olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları, xilasedicilər və polislər cəlb olunublar.

Qeyd edək ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Mənbə: sondakika.com

0.087965965270996