Goranboyda şagirdlər arasında insident: Xəsarət alan var

“Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin biri-birinə xəsarət yetirməsi) yaranıb”.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.

“Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə idarədən bildirilib.

0.11665892601013