Niderlandın Baş naziri Mark Rüttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini alyansa üzv olan 32 ölkədən 28-i dəstəkləyib.
Qeyd olunur ki, son on gündə daha üç ölkə onun namizədliyini dəstəkləməyə başlayıb. Rüttenin daha dörd üzvlə razılığa gəlməlidir, çünki bu vəzifəyə təyinat NATO-nun üzvü olan 32 ölkənin hər birinin yekdil dəstəyini tələb edir.
NATO ölkələrinin xarici işlər nazirləri yaxın günlərdə Brüsseldə olacaq və sammit çərçivəsində alyansın yeni baş katibi ilə bağlı çoxlu müzakirə aparılacaq.
Mənbə: NOS