“Dünya müharibədən sonrakı dövrdən müharibədən əvvəlki dövrə keçib”.
Bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
Onun fikrincə, “demokratiyanı qorumaq”dan ötrü Ukraynanı dəstəkləmək üçün səyləri ikiqat artırmaq, NATO üzvlərinin müdafiə xərclərini artırmaq və ümumiyyətlə, alyansın gələcəyini düşünmək lazımdır.
Nazir bildirib ki, bəzi NATO ölkələrinin ÜDM-in 2%-ni belə müdafiə xərclərinə ayıra bilmədiyi vəziyyət bundan sonra davam edə bilməz.
Mənbə: RIA Novosti