İsveçrə hökuməti Cenevrədə NATO-nun ofisinin açılmasına razılıq verib

İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.

Bunu İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer bildirib.

“2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib. Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”, - deyə Elçinqer qeyd edib.

Elçinqer bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Mənbə: Gazeta.ru

0.1016252040863