Nikol Şerzinger Bakıda səhnəyə çıxacaq

Məşhur pop/R&B müğənnisi, “The Pussycat Dolls” qrupunun vokalisti Nikol Şerzinger iyulun 23-dən 28-dək “Sea Breeze Resort”da keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.

ABŞ-li super ulduz musiqi əfsanəsi Devid Foster və dostları ilə eyni səhnədə çıxış edəcək.

Qeyd edək ki, iyulun 27-də festivalın səhnəsində 16 dəfə “Qremmi” mükafatı laureatı, kanadalı müğənni, musiqi tarixinin ən uğurlu prodüserlərindən biri Devid Fosterin konserti olacaq.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın xalq artisti Emin Ağalarovun ən son ingilisdilli albomuna N.Şerzingerlə olan duet də daxildir. Onlar əfsanəvi Elvis Preslinin “Love me tender” hitinin yeni versiyasını birgə ifa ediblər.

0.10367608070374