Rusiyada sərxoş kişi Moskva dəmiryolu stansiyasında platforma ilə qatar arasında sıxılmış vəziyyətdə qalıb.
Hadisə şahidləri bununla bağlı görüntüləri yayıblar.
Zərərçəkmişi qatarın altından çıxarmağa sərnişinlər kömək ediblər. Şahidlərdən birinin sözlərinə görə, relsdə bir adam görüb və arxadan qatar yaxınlaşdığı barədə ona qışqıraraq xəbərdarlıq edib.
“O, keçiddən gedirdi, mən qatarı gördüm və qaçması üçün qışqırmağa başladım”, - deyə o bildirib.
Lakin xəbərdarlıq nəticə verməyib və kişi qatarla platforma arasında qalıb.
Dərhal hadisə yerinə təcili yardım çağırılıb. Həkimin sözlərinə görə, kişinin bel nahiyəsində əziklər və bir neçə yerində sıyrıqlar var. O, xəstəxanaya getməkdən imtina edib.
Mənbə: Kp.ru