Xaçmazda birmərtəbəli ev yanıb

Xaçmaz rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Laman kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin iki otağının yanar konstruksiyaları 56 kvadratmetr sahədə, tavanı və dam örtüyü 80 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.11904406547546