Meksika körfəzində neft platformasında baş verən yanğın nəticəsində işçilər xəsarət alıblar.
Platforma ölkənin dövlət enerji şirkəti “Pemex”ə məxsusdur.
Şirkətdən verilən məlumata görə, yanğın zamanı fövqəladə sistemlər işə düşüb, yanğının qarşısı alınıb, lakin qəza nəticəsində 9 platforma işçisi xəsarət alıb. Alınan xəsarətlər ciddi olmayıb.
Mənbə: iz.ru