Məhkəmə Baydenin qızının gündəliyini oğurlayan şəxs barədə hökm çıxarıb

ABŞ-nin Florida ştatının sakini Eymi Harris oğurluğa görə bir ay həbs cəzası alıb.

Yerli mətbuat yazır ki, qadın Birləşmiş Ştatlar Prezidenti Co Baydenin qızı Eşli Baydenin gündəliyini və bir neçə əşyasını oğurlayıb.

Araşdırma nəticəsində məlum olub ki, o, bu işi tək görməyib və işdə təqsirləndirilən digər şəxs də günahını etiraf edib.

Qeyd olunur ki, Eymi Harris bir aylıq həbsdən sonra üç il nəzarət altında yaşamalı olacaq.

Mənbə: ABC News

0.11647415161133