Ağır yanıq xəsarətləri alan körpənin dəstəyə ehtiyacı var - FOTO

Üç yaşlı Narin ehtiyatsızlıqdan yanıb.

Bu barədə hakimiyyet.az-a onun anası Atlas Həsənova məlumat verib.

O bildirib ki, övladı martın 2-də ağır yanıq xəsarətləri alıb.

“Biz Sabirabadda yaşayırıq, mən qatıq düzəldib sataraq pul qazanıram. Martın 2-də qatıq düzəltmək üçün süd qaynatmışdım. Narin oynayarkən bilmədən gəlib qazana dəyib, südü bədəninə tökdü. Biz həmin gün Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq”.

 Atlas Həsənova bildirib ki, övladı üç dəfə ağır əməliyyat keçirib.

“Biz 25 gün xəstəxanada qaldıq. Bu 25 gündə övladım üç dəfə ağır əməliyyat keçirdi. Hazırda isə müalicəsini davam etdirməliyik. Biz fəhləliklə yaşayan adamlarıq. Əlimizdə olan-qalanı da tükətdik. Hazırda müalicələri davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər insanlardan bizə kömək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 433-39-77.

Kapital Bank: 4169 7388 5154 7202.

3.1877610683441