Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun yaxınlığında, Əl-Məzə bölgəsindəki Əl-Hadi meydanında avtomobildə əldəqayırma partlayıcı partladılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, partlayış nəticəsində ölən olmayıb.
Paytaxt polisi əlavə məlumat verməyib, yalnız maddi ziyan dəydiyini bildirib.