Bakıda birotaqlı mənzillərə tələbat artıb - VİDEO

Bakının əmlak bazarında birotaqlı mənzillərə tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, köhnə və yeni tikililərdəki  birotaqlı mənzillərin qiymətində artım müşahidə olunur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxt ərazisində otaq sayı çox olan mənzillər üçün qiymətlər əlçatan olmadığına görə, birotaqlı evlərə tələbat artıb. Buna görə də qiymətlər əvvəlki illərlə müqayisədə dəyişib.  

Onun sözlərinə görə, birotaqlı mənzillərin qiyməti ipoteka kreditləri verilməyə başlayandan sonra bir qədər də yüksəlib.

Ekspert onu da əlavə edib ki, gələcəkdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.

Ətraflı süjetdə:

0.076069116592407