Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar zamanı əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib.
Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava hücumunu kəskin şəkildə pislədiyini bildirib.
Tərəflər siyasi və diplomatik əməkdaşlığın, o cümlədən qarşılıqlı iqtisadi fəaliyyətin genişlənməsində maraqlı olduqlarını vurğulayıblar.
Mənbə: lenta.ru