Güney Azərbaycanda sərnişin avtobusu aşdı: Ölənlər və yaralılar var - VİDEO

Güney Azərbaycanda sərnişin avtobusu aşıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Qızıl Aypara Cəmiyyətinin bununla bağlı verdiyi xəbərə görə, hadisə Heyran aşırımında baş verib. Nəmin-Astara magistralında sərnişin avtobusunun aşması nəticəsində beş nəfər ölüb, 18 nəfər yaralanıb.

Qəza yerinə səkkiz əməliyyat qrupu göndərilib.

 

0.055896997451782