Bakı Avrasiya Universitetinin sözçüsü: “Yayılan məlumatlar yalandır” - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var.

Bakı Avrasiya Universitetinin Mətbuat Xidməti Şəfayət Avılbəyli hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yalandır:

“Bu məlumatların heç birinin əsası yoxdur. Gürkan Hüseynov 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Nazim bəy də, Gürkan bəy də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir. Dəqiqləşdirmə aparmadan, mövqe almadan işıqlandırıblar. Qeyri-peşəkarlıq nümunəsidir. Sizə xüsusi təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Bakı Avrasiya Universitetinin rektorunun oğlu Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu barədə xəbərlər yayılıb.

Nəzrin Vahid

0.10438585281372