Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub

Pirallahı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1970-ci il təvəllüdlü Azər Cəfər oğlu Abbasəliyevin idarə etdiyi velosiped avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət almış A.Abbasəliyev təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.13679790496826