Krımda hərbi aerodromda güclü partlayış baş verib - VİDEO

Aprelin 17-nə keçən gecə Krımda Cankoy yaxınlığında bir neçə güclü partlayış baş verib.

Yerli “Telegram” kanallarının məlumatına görə, hərbi aerodrom yanır.

Hazırda Cankoyda baş verən partlayışların səbəbi və nəticəsi barədə heç nə məlum deyil.

Cankoy hərbi aerodromu Rusiya ordusu üçün əsas logistika mərkəzi və hücum helikopterləri üçün bazadır. Burda Rusiya Hərbi Hava Qüvvələri komandanlığının helikopter alayı və  “Mi-8”, “Mi-35M”, “Mi-28”, “Ka-52”də üç aviasiya eskadrilyasından ibarət hava hücumundan müdafiəsi yerləşir.

Mənbə: “Astra” “Telegram” kanalı

0.13188982009888