Azərbaycanlı idmançı bilyard üzrə Avropa çempionu olub

Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.

Bu barədə hakimiyyet.az Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

Moldovanın Kişinyov şəhərində keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev yeddi ölkədən 70 rəqibinə qalib gələrək çempion olub.

2-ci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yerlə kifayətlənib.

0.13675284385681