İranda daşqınlarla bağlı yeni təhlükə: “Timsahlardan ehtiyatlı olun!” - VİDEO

İranın Sistan və Bəlucistan əyaləti təbii fəlakətin cəngindədir. Leysan yağışları çayların və bir çox bəndlərin daşması ilə nəticələnib.

Bu barədə “Azad İran” “Telegram” kanalı Sistan və Bəlucistan əyalətinin Ətraf Mühit Baş İdarəsinə istinadla xəbər verib.

Qurum, həmçinin sakinlərə timsahlarla bağlı xəbərdarlıq edib. Bildirilib ki, daşqınlar səbəbindən timsahların öz gölməçələrini tərk etməsi ehtimalı var. Yerli hökumət nümayəndələri bu səbəbdən əhalini ehtiyatlı olmağa çağırıblar.

0.10100889205933