İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.
hakimiyyet.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 22:01-də Naxçıvan stansiyasından 76 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeyde alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasının Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında üç bala qədər hiss olunub.
Zəlzələnin maqnituası 4.6, dərinliyi dörd kilometr olub.
22:09
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı təkanların ocağı yeddi kilometr dərinlikdə yerləşib.
Eyni zamanda, “Report”un Naxçıvan bürosunun məlumatına görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında da üç bala qədər hiss olunub.