Fırtına məscidin minarəsini uçurdu: Türkiyədə vətəndaşlara xəbərdarlıq edildi - ANBAAN VİDEO

Türkiyənin Çankırı bölgəsində fırtına məscidin minarəsini uçurub.

Çankırıda barəsində sarı kodla xəbərdarlıq edilən güclü külək və yağış təsirli olub.

Şəhərin mərkəzində Taş Məscid küçəsində yerləşən Bademlik məscidinin minarələrindən biri fırtınaya tab gətirə bilməyib və uçub. Hadisədə ölən və yaralanan olmayıb, lakin minarənin üzərinə aşdığı hərəkətdə olan avtomobilə və bir iş yerinə maddi ziyan dəyib.

Hadisə vətəndaş tərəfindən mobil telefonla anbaan lentə alınıb.

Çankırı bələdiyyə sədri İsmail Hakkı Esen hadisə yerinə gələrək araşdırma aparıb.

“Xəbərdar idik və külək olacağını bilirdik, amma bu qədəri də gözlənilmirdi. Təxmin etmədiyimiz dağıntılar baş verdi, şəhərin içində ağaclar yıxıldı. Ehtiyat tədbiri olaraq bələdiyyəmizə açıq olan əraziləri bağladıq. Qruplarımız ərazilərdədirlər. Digər minarənin də uçmaq təhlükəsinə qarşı binalarımızı boşaldırıq. Vətəndaşlara təhlükəli ərazilər barədə xəbərdarlıq edirik və çölə çıxmamalarını tövsiyə edirik”, - deyə o qeyd edib.

Mənbə: İHA

0.14306592941284