Avstriyada 14 yaşlı yeniyetmənin əlində oyuncaq tapança olduğunu görən Vyana metrosunun işçiləri xüsusi təyinatlıları çağıraraq metronu dayandırıb və sərnişinləri təxliyə ediblər.
Yeniyetməni dərhal saxlamaq mümkün olmayıb və özü, eləcə də metroya birlikdə girdiyi dostu axtarışa verilib.
Vyana Polis Departamentinin verdiyi məlumata görə, metro dayandırıldıqdan sonra çoxsaylı xüsusi təyinatlılar qonşu stansiyaları və stansiyalara bitişik şəhər ərazilərini axtarmağa başlayıblar.
Uşaq tezliklə vaqonlardan birində saxlanılıb. Oyuncaq tapança götürülüb və metro yenidən fəaliyyətə başlayıb.
Mənbə: eXXpress.at