Son vaxtlar Bakı şəhərində sərnişin avtobuslarının öz zolaqlarından kənarda hərəkət etməyə üstünlük verməsi müşahidə olunur.
hakimiyyet.az xəbər verir ki, şəhərdə bir çox ərazilər var ki, onlar üçün nəzərdə tutulan sağ zolaq boş olduğu halda belə avtobus sürücüləri yolun solu ilə hərəkət etməyə üstünlük verirlər.
Bəs görəsən, avtobusların öz zolağından kənarda hərəkət etməsinin cəriməsi varmı? Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
hakimiyyet.az-ın sorğusunu idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb.
O, qeyd edib ki, avtobusun öz zolağından kənara çıxmasına görə, heç bir inzibati məsuliyyət nəzərdə tutulmayıb.
Əzizə İsmayılova