Bu gün Masallı rayonunun altı kəndinin enerji verilişində fasilə yaranacaq.
Bu barədə hakimiyyet.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ), Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq “Masallı” yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilə yaranacaq.