Bakıda beşulduzlu hotellərin qiymətində fantastik artım

Bu ilin yanvar-may aylarında Bakıda 3, 4 və 5 ulduzlu hotellər üzrə onlayn bronlaşdırma sistemi olan booking.com-da qeyd olunan orta qiymətlər açıqlanıb.

hakimiyyet.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, üçulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 78,8 manat, dördulduzlu hotellərdə orta qiymət 111,2 manat, beşulduzlu hotellərdə isə 209,6 manat təşkil edib.

Qiymətlər, ötən ilin eyni dövrü ilə müqayisədə üçulduzlu hotellər üzrə 16,3%, dördulduzlu hotellər üzrə 4,7% və beşulduzlu hotellər üzrə isə 39,7% artıb.

0.072245121002197