Keniyada məktəbin damı çökdü: Şagirdlərdən ölən və yaralananlar var

Keniyanın sahilyanı Kilifi rayonunda məktəbin damının çökməsi nəticəsində dörd yaşlı uşaq ölüb, bir neçə uşaq isə ağır yaralanıb.

Damın çökməsi sahilyanı bölgənin müxtəlif ərazilərinə ziyan vuran tropik İali siklonu səbəbindən baş verib.

Yerli polisin məlumatına görə, məktəb məscidin nəzdində fəaliyyət göstərib.

Hadisə nəticəsində dörd yaşlı qız ölüb, iki-dörd yaşlarında olan daha dörd uşaq yaralanıb və xəstəxanaya aparılıb.

Həmçinin, yaxınlıqdakı anbarın damının uçması nəticəsində daha bir nəfər ölüb.

Mənbə: TASS

0.051136016845703