SOCAR-ın xarici investisiya layihələrində iştirakı müzakirə olunub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsini təsdiq edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə şirkətin 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, həmçinin şirkətin ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib.

İclasda, həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

0.04184103012085