NATO baş katibindən açıqlama: Ukraynaya qoşun göndəriləcək?

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya qoşun göndərilməsi ehtimalını şərh edib.

O, bu barədə "The Economist" nəşrinə müsahibəsində danışıb.

Stoltenberq xatırladıb ki, alyans Ukraynaya əsgərlər üçün təlimlər, silah və sursatlar təqdim edir.

Onun sözlərinə görə, iştirakçı ölkələr NATO ərazisindən birbaşa Ukrayna səmasında və quruda hərbi əməliyyatlar keçirməyəcəklər.

"Bizim NATO quru qüvvələrini Ukraynaya göndərmək kimi hər hansı niyyətimiz yoxdur", - deyə Yens Stoltenberq qeyd edib.

0.10054898262024