Sumqayıtda piyadanı maşın vurub

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Zamil Xanlar oğlu Məstəliyevin idarə etdiyi "Chevrolet" markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Nazim Əşrəf oğlu Beyzadini vurub.

Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.18664503097534