Mayın 23-də saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan "Daewoo" markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
hakimiyyet.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Polis əməkdaşları onun barəsində protokol tərtib edərək məhkəməyə göndəriblər.
Məhkəmənin qərarı ilə M.Nəbiyev iki il ərzində sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.