Məktəb müəllimi güllələnərək öldürüldü, qardaşı saxlanıldı

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Natavan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə hakimiyyet.az-a Zaqatala Rayon Prokurorluğundan bildirilib.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Natavan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

00:48

Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllim imiş.

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.

23:50

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Natavan Mövləddin qızı Əhmədovanın odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.13950896263123