Qazaxın 30 ildən sonra işğaldan azad olunan kəndlərinə jurnalistlərin səfəri başlayıb.
"Trend" xəbər verir ki, media nümayəndələri artıq Qazaxın işğaldan azad olunan Qızılhacılı kəndindədirlər.
Media tur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub. Səfər zamanı ərazi barəsində media nümayəndələrinə ətraflı məlumat verilir.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.