Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərinin Qərb silahları ilə vurmasına icazə verilməsinin tərəfdarı olduğunu bildirib.

O, bunu Almaniya kansleri Olaf Şolzla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Hesab edirik ki, onlara raketlərin buraxıldığı hərbi obyektləri və əsasən də Ukraynaya hücumların həyata keçirildiyi hərbi obyektləri zərərsizləşdirməyə icazə verməliyik. Lakin onların Rusiyadakı mülki və digər hədəfləri açıq-aydın vurmaq hüququ olmamalıdır", - deyə o bəyan edib.

Mənbə: TASS

0.050761938095093