Abşeronda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Abşeron rayonunda mənzildə baş verən yanğının qarşısı alınıb.

Bu barədə hakimiyyet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - məlumatda deyilir.

20:38

Abşeron rayonu, Məmmədli kəndində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

hakimiyyet.az-ın məlumatına görə, yanğın yeddinci mərtəbədə yerləşən mənzildə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

İlkin məlumata görə, yanğın baş verən zaman mənzildə heç kəs olmayıb. Yanğının səbəbi hələ ki məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

0.086981058120728