Azərbaycanda 4 888 nəfər fəxri ada görə təqaüd alır.
Bu barədə Dövlət Statistika Komitəsindən hakimiyyet.az-a bildirilib.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, ilin əvvəlinə görə, "Xalq" fəxri adına görə 263 nəfər 200 manat təqaüd alır.
"Əməkdar" fəxri adına görə isə ölkədə 4 625 nəfər 150 manat təqaüd alır.
Müqayisə üçün qeyd edək ki, ötən il 4 843 nəfər (265 nəfər "Xalq", 4 578 nəfər "Əməkdar") fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.