Bakıda Ruhiyyə Əhmədovanın qeyri- rəsmi münasibətdə yaşadığı Samir İsrafilovu bıçaqlaması şübhəsi ilə bağlı detallar məlum olub.
Cütlüyün qonşusu Fəridə Tarverdiyeva bildirib ki, hadisədən sonra Ruhiyyə ona məsələnin baş verməsindən danışıb:
"Dedi ki, ana və atama pis söyüşlər söydü. Ona görə də dayan bilməyib həmin şəxsi ürək nahiyəsindən bıçaqladım".
Daha ətraflı Baku Tv-nin süjetində:
Bakıda kişi sevgilisi tərəfindən öldürülüb?
Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı detal üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S.İsrafilovla R.Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.
Qeyd edək ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu gün saat 9 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 1986-cı il təvəllüdlü Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır