Cəlilabadda yük maşını aşıb, xəsarət alan var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad ərazisində qeydə alınıb. "QAZel" markalı yük maşını idarəetməni itirərək magistral yoldan çıxıb. Yük maşını yol kənarında olan elektrik dirəyinə çırpılıb, daha sonra bir neçə dəfə aşıb. Yük avtomobili deformasiyaya uğrayıb. Xəsarət alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt üzrə araşdırma aparılır.

0.081987142562866