Həmid Həmidovla "Danışaq?": Fərid Novruzi Messi ilə görüşü, biznes və dünya səyahəti haqqında

Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.

Podkastın qonağı tanınmış sahibkar, səyyah, memar, alpinist, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi olub.

Müsahib hansı biznes növlərinin olduğunu, rəqabət səviyyəsi, biznes sahəsində süni intellektin rolu, həmçinin Azərbaycanda biznes qurmanın əsas üstünlükləri və çatışmazlıqları barədə məlumat verib.

Fərid Novruzi onlayn platformalarla necə rəqabət aparmaq, hazırda biznes qurma baxımından hansı iqtisadi sektorların perspektivli olduğu və bu sahədə vicdanlı qalmağın mümkünlüyü barədə danışıb.

Söhbət zamanı onun Dubaya köçməsi, Messi ilə görüşü, dünya səyahəti, çimərlik futbolu, həmçinin iş və istirahət arasında tarazlığı necə qorumaq mövzuları da toxunulub.

Ətraflı videoda:

Həmid Həmidovla "Danışaq?": Fərid Novruzi Messi ilə görüşü, biznes və dünya səyahəti haqqında

Həmid Həmidovla "Danışaq?": Fərid Novruzi Messi ilə görüşü, biznes və dünya səyahəti haqqında

0.081211090087891