Yenə "Prius", yenə TƏHLÜKƏ: Hərəkətdə olan maşını ayağı ilə idarə etdi

Avtomobildə təhlükəli hərəkətlər edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər müxtəlif vaxtlarda paytaxt ərazisində qeydə alınıb.

Belə ki, 77-FX-867 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sükan çənbərini ayağı ilə idarə edib. Digər görüntüdə isə avtomobili sürən başqa bir şəxs maşını hərəkətə gətirərək sükanı tərk edir. Hətta o, maşından düşən zaman çətinlik çəkir. Buna baxmayaraq maşının qapısını bağlayaraq onunla yanaşı gedir.

Qeyd edək ki, sükan arxasında bu cür hərəkətlər yolverilməzdir və qanunla bu əməli törədən sürücü məsuliyyətə cəlb olunur.

Həmin görüntüləri təqdim edirik:

0.090842962265015