Çində 30 yaşlılar üçün qocalar evləri populyarlaşır

Çində 30 yaşlılar üçün qocalar evləri populyarlıq qazanır.

"Gənc yaşlılar" üçün pansionatda siz gündəlik təlaşdan gizlənə, meditasiya edə, balıqçılıq, yoqa, həmfikirlərlə ünsiyyət qurmaqla istirahət edə bilərsiniz.

Belə müəssisələrdə günlər qrafikə uyğun keçir. Məsələn, əvvəlcə müalicəvi məşqlər ola bilər, sonra təbiətdə meditasiya, sonra isə fermada işləmək. Cəmiyyətdə olmağı sevənlər karaoke klublarına və ya kafelərə baş çəkə bilərlər.

Ziyarətçilərin əsas hissəsini gündəlik işlərdən bezmiş, güc toplamaq və dincəlmək üçün pansionata gələn 20-30 yaşlı gənclər təşkil edirlər. Belə bir qocalar evində yaşamaq ayda təxminən 200 dollara başa gəlir.

Mənbə: NEWS.ru

0.049129962921143