Güclü külək ağacı yolun ortasına aşırdı

Bakı və Abşeron yarımadasında hazırda müşayiət edilən güclü külək ilk fəsadlarını törətməyə başlayıb.

hakimiyyet.az xəbər verir ki, axşam saatlarında əsən güclü külək ağacı yolun orta hissəsinə aşırıb.

Hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində yavaşıma yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

0.070085048675537