26 alpinist Alp dağlarında köməksiz vəziyyətdə qalıb

26 alpinist Almaniya ərazisinə daxil olan və Alp dağlarının ən yüksək nöqtəsi - Zuqspitze dağında (2 962 metr) köməksiz vəziyyətdə qalıb.

Qeyd olunub ki, artıq xilasedicilər onların axtarışına çıxıblar, lakin aramsız yağış və qar ionların işini çətinləşdirib.

Verilən digər məlumata görə, son bir neçə saat ərzində əraziyə 60 santimetrə qədər əlavə qar yağıb, hazırda bəzi yerlərdə qar yığınlarının hündürlüyü iki metrə çatır.

Mənbə: Merkur.de

0.040566921234131