Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbələr endiriblər

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının döyüşçüləri ABŞ-nin zərbələrinə cavab olaraq Qırmızı dənizdə Birləşmiş Ştatların "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə hücum etdiklərini açıqlayıblar.

Bu barədə "Ənsar Allah" hərəkatının adı açıqlanmayan sözçüsü məlumat verib.

O əlavə edib ki, husilər həmçinin Hind okeanında ABŞ-nin üç ticarət gəmisinə də zərbələr endiriblər.

Mənbə: TASS

0.081942081451416