Yapon milyarder Ay ətrafında uçmaq missiyasını ləğv edib

Yapon milyarder Yusaku Maezava "dearMoon" missiyasını ləğv edib.

Məlumata görə, bu, özəl şirkət tərəfindən Ay ətrafında ilk uçuş olmalı idi.

2018-ci ildə Yusaku Maezava "SpaceX" Ulduz gəmisində Ay ətrafında uçmaq missiyasını elan etmişdi. Orada dünyanın hər yerindən məşhurlar iştirak etməli idilər. Buraxılış 2023-cü ilin sonuna planlaşdırılırdı, lakin "SpaceX" ilə müqavilə 2018-ci ildə imzalansa da, reallaşa bilmədi. Zamanla bağlı qeyri-müəyyənlik və ekipajı narahat etmək istəməməsi səbəbindən layihənin yaradıcısı onu ləğv etmək qərarına gəlib.

"Yaxın müddət üçün dəqiq vaxt cədvəli olmasa da, Maezava layihəni ləğv etmək barədə qaçılmaz qərar qəbul etdi. Bu layihəni dəstəkləyən və bu cəhdi səbirsizliklə gözləyən hər kəs bizim üçün dəyərlidir və biz nəticəyə görə üzr istəyirik", - deyə missiyanın bəyanatında qeyd edilib.

Mənbə: Gazeta.ru

0.084235191345215