Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.
Bu barədə hakimiyyet.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub.
Hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür.
13:36
Bakı metrosunun "28 May" stansiyasından üzü "Həzi Aslanov" stansiyası istiqamətində gedən qatar yolunda sərnişin relslərin üzərinə yıxılıb.
hakimiyyet.az-ın məlumatına görə, yaranan vəziyyətlə əlaqədar xətlərdə yubanma var.
Bildirilir ki, qatar həmin şəxsin üstündən keçib, lakin onun vəziyyəti hazırda məlum deyil.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.