Qaxda "Vito" yanıb kül oldu

Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində mikroavtobus yanıb.

"Qafqazinfo"nun məlumatına görə, yanğın Qax sakini 1985-ci il təvəllüdlü Xalid Xalis oğlu Tağıyevə məxsus "Vito" markalı mikroavtobusda baş verib.

Hadisə yerinə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.

Yanğın zamanı mikroavtobus tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

0.082188129425049