ABŞ-də barda mübahisə atışma ilə sonlandı: Ölənlər və yaralananlar var

ABŞ-nin Pitsburq (Pensilvaniya ştatı) şəhərətrafı qəsəbəsindəki barda atışma olub.

Hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Həkimlər zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğunu bildiriblər.

İlkin məlumata görə, barda mübahisə yarandıqdan sonra bir neçə nəfər atəş açıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Associated Press

0.09443998336792