Moskvada 26 saat davam edən futbol matçı rekord qırdı

Moskvadakı (Rusiya) "Lujniki" Olimpiya İdman Kompleksinin meydançalarından birində futbol matçının müddətinə görə yeni rekord qeydə alınıb.

Şənbə günü Ümumrusiya Futbol Günündə başlayan "7x7" formatındakı oyun 26 saat sonra - bazar günü günorta saatlarında başa çatıb.

"Qırmızılar" "ağ-qaralar"ı 416:409 hesabı ilə məğlub ediblər.

Bundan əvvəlki rekord 24 saat olub və 2014-cü ildə Moskva yaxınlığındakı Luxovitsıda qeydə alınıb.

Digər bir rekord isə Rusiya millisinin sabiq kapitanı Aleksey Smertin tərəfindən müəyyən edilib. O, 26 saat meydanda olub və hər iki saatdan bir digər futbolçular kimi səkkiz dəqiqəlik texniki fasiləyə çıxıb.

Moskvada 26 saat davam edən futbol matçı rekord qırdı

Moskvada 26 saat davam edən futbol matçı rekord qırdı

Mənbə: TASS

0.08536696434021